Müsəlman aləmini Ermənistan rəhbərliyi təhqir edib - İ.Əliyev

16:42 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Bildiyiniz kimi avqustun 26-da Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qazilərinə mənzillərin verilməsi tədbirinə qatılıb.

ABC.AZ-ın məlumatına görə, tədbirdə  bütün müsəlman ölkələrinin rəhbərlərinə səslənib: "Bir daha üzümü müsəlman rəhbərlərinə üz tutaraq deyirəm, bunu heç vaxt unutmayın, buna göz yummayın, görməməzliyə vurmayın. Bütün müsəlman aləmini Ermənistan rəhbərliyi təhqir edib. Qəbirləri dağıdan, qəbir daşlarının üzünü sildirən də, Ermənistana satan da ermənidir, ölülərin qızıl dişlərini çıxardan da ermənidir, məscidlərimizi sökən də ermənidir. Kərpic-kərpic o evləri söküb öz daxmasına daşıyan da ermənidir. Bunu hər kəs görür və görməlidir”.