Hərbçilərimiz sözün əsl mənasında, ölümə gedirdilər - İlham Əliyev

16:16 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşərək onlara mənzillərin açarlarını təqdim edib.

ABC.AZ-ın məlumatına görə, Prezident tədbirdə çıxış edərək bəzi məqamlara toxunub.

Dövlət başçısı qeyd edib ki, müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərir, sözün əsl mənasında, ölümə gedirdilər:

“Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir. Biz əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünürdük və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki verib. Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir”.