11:43 - 26.08.2021
26 avgust, Fineko/abc.az. Azərbaycandakı bankların 2021-ci ilin 7 ayı ərzində cəlb etdikləri depozitlərin həcmi açıqlanıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sözügedən dövrdə Banklar depozitlər üzrə 201,6 milyon manat faiz ödəyiblər.
Bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 milyon manat və ya 12,6% artıb.
Belə ki, 2020-cu ilin 7 ayında banklar 179,1 milyon manatlıq depozit faizləri ödəmişdilər.
Statistikaya nəzər salsaq görərik ki, banklar 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manat, 2020-ci il ərzində isə 312,9 milyon manat faiz ödənişi həyata keçiriblər. Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026