Bank sektorunun əməliyyat gəlirləri bu qədər azalıb

10:45 - 26.08.2021


26 avgust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank bu ilin iyul ayınadək Azərbaycanın bank sektorunun xalis mənfəəti ilə bağlı açıqlama yayıb.

ABC.AZ-ın məlumatına görə, Bank sektorunun xalis mənfəəti yanvarda 25,4 milyon manat, fevralda 47,7 milyon manat, martda 75,7 milyon manat, apreldə 45,9 milyon manat, mayda 78,5 milyon manat, iyunda 93,1 milyon manat təşkil edib.

2021-ci ilin 7 ayı ərzində bank sektorunun cəmi əməliyyat gəlirləri 1 milyard 672,5 milyon manat, o cümlədən faiz gəlirləri 1 milyard 184,6 milyon manat, qeyri-faiz gəlirləri 487,9 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 7 ayında bank sektorunun cəmi əməliyyat gəlirləri 1 milyard 483,1 milyon manat, o cümlədən faiz gəlirləri 1 milyard 109,8 milyon manat, qeyri-faiz gəlirləri 373,3 milyon manat təşkil etmişdi.