“Viza Kredit" BOKT-un rəhbəri vəzifəsindən getdi

15:39 - 25.08.2021


25 avgust, Fineko/abc.az. “Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbəri dəyişib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Həsən Mehdizadə Ceyhun oğlu vəzifəsindən azad edilib.

Onun yerinə Valeh Rüstəmov Vəli oğlu təyin edilib. Qeyd edək ki, “VisaKredit” BOKT 2011-ci ildə yaradılıb və 1 470 000 manat nizamnamə kapitalına sahibdir.