Azərbaycanda bank kartlarının sayı yenidən artıb

15:28 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Azərbaycanda plastik kartların sayı artaraq 10 milyondan bir qədər də artıb.

ABC.AZ Mərkəzi Banka istinadən  xəbər verir ki, ölkədə bank kartlarının sayı son ayda 88 min (0.88%) artaraq 10 139 min ədədə yüksəlib.

Bu kartlardan 3 409 min ədədi sosial kartlar ( aylıq müqyisədə 1.73% azalıb), 2 601 min ədədi əməkhaqqı kartları (0.31% artım), 2 884 min ədədi  digər (3.52% artım) və 1 244 min ədəd isə kredit kartları olub (3.41% artım).