İstehlak və ipoteka kreditləri də artıb

12:31 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Bildiyiniz kimi Mərkəzi Bank 2021-ci ilin avqustun 1-nə Azərbaycandakı bankların bəzi göstəricilər üzrə statistikasını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə istehlak kreditləri ümumi portfelin 26,9%-ni təşkil edib. Və ilin əvvəlindən 9,9% artaraq 4 024,60 mln. manata çatıb.

İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,8% təşkil edib və ilin əvvəlindən bu növ kreditlərin həcmi 9,7% artaraq 2 213,4 mln. manat olub.

Müəllif: Elmir Murad