Bankların xalis xarici aktivləri açıqlanıv – Artım var

12:00 - 25.08.2021


25 avgust, Fineko/abc.az. Bu il avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri açıqlanıb.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, hesabat dövründə bankların xalis xarici aktivləri 18 milyard 963,6 milyon manat təşkil edib.

İyulun 1-i ilə müqayisədə 3,7 %, ilin əvvəlinə nisbətən 0,8 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,5 % çoxdur.

Bununla yanaşı iyulun sonuna bankların xalis daxili aktivləri 12 milyard 543,7 milyon manat olub.

Bu da, iyunun sonu ilə müqayisədə 4,5 %, ilin əvvəlinə nisbətən 20,9 %, illik müqayisədə isə 25,5 % çoxdur.