11:43 - 25.08.2021
25 avgust, Fineko/abc.az. Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun öhdəlikləri 11,8 % artaraq 28 milyard 899,7 milyon manata, o cümlədən depozit portfeli 18 % artaraq 22 milyard 849,3 milyon manata çatıb.
ABC.AZ-ın məlumatına görə, bunun 8 milyard 439,5 milyon manatı fiziki, 14 milyard 409,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10 %, şirkətlərin banklardakı vəsaitləri isə 23,2 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,9 % azalaraq 371 milyon manat olub.
Sektorun balans kapitalı isə 2,4 % artaraq 4 milyard 768,4 milyon manat təşkil edib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026