Əhalinin Banklardakı əmanətləri artıb

11:11 - 25.08.2021


25 avgust, Fineko/abc.az. 2021-ci ilin avqustun 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,606 mlrd. manat təşkil edib.

Mərkəzi Bankından ABC.AZ-a verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə 5,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 10,7% artım deməkdir.

Ölkənin əsas Bankından bildirilib ki, bu göstərici son bir ayda 2% artıb.

Müəllif: Elmir Murad