"Bank BTB" işçilərinin sayını azaldıb

17:08 - 23.08.2021


23 avqust, Fineko/abc.az. Bu il iyulun 1-nə “Bank BTB” ASC-nin işçilərinin sayı 335 nəfər təşkil edib.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bu barədə Bankın yarım illik idarəetmə hesabatında qeyd edilib.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 37 nəfər və yaxud 9,95% azdır.