“PayPal” İngiltərədə kriptovalyuta xidmətini işə salıb

14:30 - 23.08.2021


23 avgust, Fineko/abc.az. “PayPal” İngiltərədə kriptovalyuta xidmətini işə saldığını açıqlayıb.

Xarici KİV-ə istinadən xəbər verilir ki, bu barədə şirkətin blokçeyn, kripto və rəqəmsal valyutalar üzrə baş menecer Xose Fernandesa istinadən “CNBC” məlumat verib.

“İngiltərədə hər şeyin yaxşı işləyəcəyini gözləyirik”, – deyə mütəxəssis söyləyib. Xatırladaq ki, “PayPal” xidməti müştərilərə 1 funt sterlinq qiymətinə (təxminən 1.4 dollara) “bitcoin”, “Bitcoin Cash”, “Ethereum” və ya “Litecoin” almağa və ya satmağa imkan verir.

İstifadəçilərin həmçinin kriptovalyuta qiymətlərini real vaxtda izləmək xidmətindən istifadə edə bilərlər.