12:10 - 23.08.2021
23 avqust, Fineko/abc.az. Cari ilin 7 ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 126 milyon 837 min 300 manat məbləğində kreditlər verilib. Bu isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,8 % çoxdur.
Bu barədə Naxçıvan Statistika İdarəsinin yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, verilmiş kreditlərin 15 milyon 192 min 200 manatı və yaxud 12 %-i qısamüddətli, 111 milyon 645 min 100 manatı və yaxud 88 %-i uzunmüddətli kreditlər olub.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026