11:30 - 20.08.2021
20 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 513,4 milyon manatlıq məhsul istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Sözügedən müddət ərzində metallurgiya sənayesi məhsullarının istehsalında 14,5%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 10 % artım müşahidə olunub.
Yanvar-iyul aylarında sahə üzrə 12 min 465,5 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026