AMB valyuta hərracında banklara $60,5 mln. satıb

12:25 - 19.08.2021


19 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 19-da baş tutmuş valyuta hərracında banklara $60,5 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $60,5 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.