17:18 - 18.08.2021
18 avgust, Fineko/abc.az. “Western Union” Əfqanıstana pul köçürmələrini dayandırıb.
Xarici KİV-ə istinadən xəbər verilir ki, bu barədə şirkətin 18 avqust tarixli açıqlamasına istinadən “MarketWatch” məlumat verib.
Şirkət müştərilərə göstərilən xidmətlərin əhəmiyyətini başa düşdüyünü və onları Əfqanıstandakı hadisələrin inkişafı barədə xəbərdar etmək niyyətində olduğunu bildirib.
İnkişaf etməkdə olan ölkələrdə pul köçürmələrinin insanların həyatına təsirini araşdıran Minnesota Universitetinin Kəıarlson idarəetmə məktəbinin professoru Pol Vaaler bunun ən çox Kabil və Əfqanıstanın digər böyük şəhər sakinlərinə təsir edəcəyini söyləyib.
Nəşriyyat kənd yerlərində əhalinin ənənəvi pul köçürmə sistemlərindən istifadə etdiyini yazır. Vaaler Əfqanıstanda “Western Union” sisteminin qeyri-rəsmi pul köçürmə vasitəsi olduğunu əlavə edib.
Daha əvvəl taliblərin Əfqanıstan Mərkəzi Bankında saxlanılan aktivlərə girişin bloklanması barədə məlumat verilib.
© Banker
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026