Əhalinin banklardakı əmanətləri azalıb

16:18 - 18.08.2021


18 avgust, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə, iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği iyun ayı ərzində 199,8 milyon manat azalaraq 8 milyard 435,4 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

 Bildirilib ki, əmanətlərin 54,3 faizi milli, 45,7 faizi isə xarici valyutada qoyulub. İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2,01 (2,04) manata, 100 türk lirəsinə 19,76 (21,46) manata, 100 rus rubluna 2,30 (2,29) manata bərabər olub.