12:15 - 12.08.2021
12 avgust, Fineko/abc.az. 2021-ci ilin I yarısında dövlət büdcəsinə büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 % və ya 10 milyon manat artaraq 276,4 milyon manat icra edilib.
Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir.
Qeyd edilir ki, büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları proqnoza nisbətən 1,3 % və ya 3,6 milyon manat az icra edilib ki, bu da illik proqnozun 39,5 %-ni təşkil edir.
Cari ilin yanvar-iyun aylarında büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar, fevral, aprel və may aylarında çox, mart və iyun ayında az icra edilib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026