Azərbaycanın xarici dövlət borcu açıqlanıb

14:23 - 11.08.2021


11 avgust, Fineko/abc.az. İyulun 1-nə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 17 milyard 352 milyon manat və ya ÜDM-in 21,6 faizini təşkil edib.

Bu barədə ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Qeyd edilir ki, məcmu dövlət borcunun 14 milyard 625,7 milyon manatı (8 milyard 603,4 milyon ABŞ dolları) və ya 84,3 faizi xarici dövlət borcunun, 2 milyard 726,3 milyon manatı və ya 15,7 faizi daxili dövlət borcunun payına düşür.