17:26 - 10.08.2021
10 avgust, Fineko/abc.az. Cari ilin I yarısında Azərbaycanın dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) üzrə 2,509 mlrd. manat daxil olub.
Maliyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, ƏDV üzrə daxilolmaların 1,127 mlrd. manatı Dövlət Vergi Xidməti xətti ilə, 1,382 mlrd. manatı isə Dövlət Gömrük Komitəsi xətti ilə daxil olub. Vergi xidməti üzrə büdcəyə ƏDV daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 6,8%, Gömrük Komitəsi üzrə isə ƏDV daxilolmaları isə illik 6,6% azalıb.
Qeyd edək ki, 2021-ci ilin I yarısında ƏDV üzrə daxilolmalar büdcə gəlirlərinin (11,755 mlrd. manat) 21,3%-ni təşkil edib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026