Cari ildə azad edilən ərazilərin bərpasına 372 mln manat xərclənib

16:50 - 10.08.2021


10 avgust, Fineko/abc.az. 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalından azad edilən ərazilərdə bərpa və yenidən qurulma işlərinə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.

ABC.AZ Maliyyə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2200,0 milyon manat nəzərdə tutulub.

2021-ci ilin 6 ayı ərzində bu vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub.