Valyuta hərracında banklar 46,7 milyon dollar aldılar

12:38 - 10.08.2021


10 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 10-da valyuta hərracında banklara $46,7 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $46,7 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.