14:30 - 29.07.2021
29 iyul, Fineko/abc.az. 2021-ci ilin 2-ci rübündə Azərbaycan Beynəlxalq Bankı qiymətli kağızlar üzrə borcu azalıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə bankın 2021-ci ilin 1-ci yarısı (yanvar-iyun dövrünü) ilə bağlı hesabatında qeyd olunub.
Belə ki, borc qiymətli kağızlar üzrə öhdəliklər 852 milyon 108 min manat azalaraq 769 milyon 49 min manata düşüb.
Ötən ilin sonunda Bankın borc qiymətli kağızlar üzrə öhdəlikləri 1 milyard 621 milyon 157 min manat, 2021-ci ilin 1-ci rübünün sonunda isə 1 milyard 619 milyon 49 min manat idi. 30 iyun 2021-ci il tarixində ABB 1 milyard 263 milyon 831 min manat məcmu kapitala malik olub.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026