15:19 - 27.07.2021
27 iyul, Fineko/abc.az. “Premium Bank” ASC bu ilin I yarımilliyini 8 milyon 225 min manat mənfəətlə başa vurub.
ABC.AZ banker-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8.2% çoxdur.
Yanvar-iyun aylarında “Premium Bank”ın gəlirləri 22 milyon 874 min manat (illik müqayisədə 9.2% az), xərcləri 22 milyon 383 min manat (1.4% az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə “Premium Bank”ın aktivləri 666 milyon 88 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2% çoxdur. Bunun 524 milyon 483 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 6 ayda Bankın kredit portfeli 8% kiçilib.
“Premium Bank”ın öhdəlikləri 1% artaraq 477 milyon 723 min manat, kapitalı isə 4.4% artaraq 188 milyon 365 min manata çatıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026