14:43 - 27.07.2021
27 iyul, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Yapı Kredi Bank Azərbaycan” 2021-ci ilin ikinci rübü ilə bağlı hesabat açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, Bankın cari ilin ilk 6 ayı ərzində xalis faiz gəliri 11.2 milyon manat olub.
Həmçinin, I dərəcəli kapitalının, məcmu kapitalın adekvatlıq əmsalında və leverec əmsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunub.
Belə ki, I dərəcəli kapitalın adekvatlıq əmsalı artaraq 41.23%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 42.19%-ə çatıb.
Bankın leverec əmsalı cari ilin ilk rübündə artaraq 21% təşkil etmişdi. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olub.
Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026