"Yapı Kredi Bank Azərbaycan"da bir sıra göstəricilər üzrə artım qeydə alınıb

14:20 - 27.07.2021


27 iyul, Fineko/abc.az. 2021-ci ilin ikinci rübünün sonuna “Yapı Kredi Bank Azərbaycan”ın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib.

ABC.AZ-ın məlumatına görə, bankın cəmi balans kapitalı ötən dövrlə müqayisədə artaraq 82.2 milyon manata çatıb.

Bankın müştərilərə verdiyi kredit həcmi ötən ilin sonu ilə müqayisədə 10% artaraq, 163.6 milyon manata çatıb. Bank sözügedən dövrdə biznes kreditlərini 13% artırıb. Biznes kreditlərinin müəyyən hissəsi işğaldan azad olunan torpaqlarda hazırda davam edən yenidənqurma işlərində çalışan şirkətlərə verilib.

Həmçinin, daşınmaz əmlak kreditlərində 15% artım qeydə alınıb.

Bank verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə ehtimal edilən mümkün zərərlərlə bağlı yaradılan ehtiyatlar üçün 40.5 milyon manat ayırıb.

Müəllif: Elmir Murad