Turan Bank bu ilin I yarısını mənfəətlə başa vurub

16:45 - 26.07.2021


26 iyul, Fineko/abc.az. “Turan Bank” ASC bu ilin I yarısını 185 min manat mənfəətlə başa vurub.

ABC.AZ  renkinq-ə istinadən xəbər verir ki, Bankın maliyyə hesabatına, bu, ötən ilin eyni dövrünə nisbətən 83,4% və yaxud 6 dəfə azdır.

Yanvar-iyun aylarında “Turan Bank”ın gəlirləri 21,759 milyon manat (illik müqayisədə 8,6% çox), xərcləri 21,261 milyon manat (13,9% çox), xüsusi ehtiyatlara ayırmaları 312 min manat (21,9% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Turan Bank”ın aktivləri 602,953 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,4% çoxdur. Bunun 367,452 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,7% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 15,8% artaraq 517,033 milyon manata, o cümlədən depozit portfeli 16,5% arataraq 297,457 milyon manata, balans kapitalı isə 13,2% artaraq 85,919 milyon manata, o cümlədən nizamnamə kapitalı 14,3% artaraq 80,005 milyon manata çatıb.