Hüquqi şəxslərin bank hesabları artıb ya azalıb?

11:29 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Azərbaycanda hüquqi şəxslərin bank hesablarının sayı artıb.

ABC.AZ-ın məlumatına görə, hüquqi şəxslərin bank hesabları 120 mini ötüb.

Belə ki, şirkətlərin bank hesablarının sayı 121 986 ədəd olub.

Bu isə son bir ayda 2 415, yaxud 2% artımla indiyə qədərki ən yüksək saya çatıb.

Şirkətlərin cari hesabları isə 280 291 ədəd olub.