Bəzi elektron pullar bahalaşdı - Birja

10:34 - 26.07.2021


26 iyul, Fineko/abc.az. Bitkoinin dəyəri bir gündə 11.95% artıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən elektron pulun dəyəri hazırda 38 078.78 dollar təşkil edir.

Qeyd edək ki, “Ethereum" məzənnəsi 6.34% artaraq 2285.16 dollara yüksəlib.

Bitkoindən başqa ən böyük artım 9.15% artımla “Polkadot”,  8.99% artımla “Litecoin” və 8.66%-lik artımla “Bitcoin Cash”-da qeydə alınıb.

Müəllif: Elmir Murad