10:18 - 7.07.2021
7 iyul, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub.
Fonddan ABC.AZ-a daxil olmuş məlumata görə, Azər Əmirov Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Azər Əmirov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə ilə, 2002-2005-ci illərdə isə həmin fakültədə magistratura pilləsini eyni müvəffəqiyyətlə başa vurub.
A.Əmirov 2002-cilin sonundan 2011-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müxtəlif vəzifələrdə qulluq keçmiş, 2011-2013-cü illərdə əmək fəaliyyətinə “PAŞA Həyat Sığorta” ASC-nin İnsan resursları və Hüquq şəbəsinin rəhbəri olaraq davam etdirib.
Müəllif: Elmir Murad
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026