Bank işçilərinin sayı artıb - 200-ə yaxın

11:44 - 25.06.2021


25 iyun, Fineko/abc.az. 2021-ci ilin yanvar-may dövründə bank işçilərinin sayı 193 nəfər artıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonunda bank işçilərinin sayı 18 min 708 nəfər ikən, 2021-ci ilin may ayının sonunda 18 min 901 nəfər təşkil edib.

May ayında bank işçilərinin cəmi sayı 8 nəfər artıb.

2020-ci ilin may ayı ilə müqayisədə bank işçilərinin sayı 510 nəfər artıb. 2020-ci ilin May ayının sonunda bank işçilərinin sayı 18 min 391 nəfər təşkil etmişdi.

Müəllif: Elmir Murad