"Gold Finance" BOKT da ciddi ziyanla üzləşib - Məbləğ böyükdür

11:14 - 31.05.2021


31 may, Fineko/abc.az. "Gold Finance" Bank Olmayan Kredit Təşkilatı MMC 2020-ci ili 21 min 200 manat xalis zərərlə başa vurub.

ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il "Gold Finance"ın cəmi gəlirləri 22 min 470 manat, cəmi xərcləri 43 min 670 manat təşkil edib.

Xərclər gəlirləri üstələdiyindən təşkilatın 21 min 200 manat xalis zərəri yaranıb.

Müqayisə üçün qeyd edək ki, adıçıkilən BOKT-un  2019-cu ildə cəmi gəlirləri 77 min 800 manat, cəmi xərcləri də 77 min 800 manat təşkil etmişdi.

Müəllif: Elmir Murad