AMB valyuta hərracında $63,7 mln. satıb

12:34 - 27.05.2021


27 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 27-də valyuta hərracında banklara $63,7 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $63,7 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.