Büdcənin icrasında profisit yaranıb - 700 milyon manatdan çox

10:38 - 19.05.2021


19 may, Fineko/abc.az. Maliyyə Nazirliyi dövlət büdcəsinin gəlirləri ilə bağlı operativ məlumat təqdim edib.

ABC.AZ-ın məlumatına görə, təqdim edilən operativ məlumatlara əsasən 2021-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 8 milyard 234,3 milyon manat, xərcləri 7 milyard 527,7 milyon manat təşkil edib.

Büdcənin icrasında 706,6 milyon manatlıq profisit (artıqlıq) yaranıb.

Müəllif: Elmir Murad