ARDNF dövlət büdcəsinə bu qədər vəsait transfert edib – Hesabat

15:18 - 3.05.2021


3 may, Fineko/abc.az. Bu ilin birinci rübündə ARDNF 2021-ci il üzrə büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 513,7 milyon manat vəsait transfert edib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, ARDNF “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldib.

Sözügedən dövrdə Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 5,5 milyon manat təşkil edib.