Əhalinin rubla tələbatı artıb – Detallar

12:07 - 26.04.2021


26 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycan əhalisi banklardan 485,250 mln. Rusiya rublu alıb.

ABC.AZ-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının göstəricilərində bu məbləğin ötən ilin eyni dövrü ilə müqayisədə 57,3% (2,3 dəfə) az olduğu qeyd olunub.

Belə ki, təkcə martda əhali 182,529 mln. rubl alıb. Bu da fevral ayı ilə müqayisədə 11,8% çoxdur.

Fevralda da əhalinin aldığı rubl çox olub.

Sözügedən dövrdə əhali 163,331 mln. rubl alıb. Bu da yanvarla müqayisədə 17,2% çoxdur.

Bu onu göstərir ki, son iki ayda əhalinin rubla qarşı tələbatı artıb.

Müəllif: Elmir Murad