Avropa Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

10:30 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (ECB) aprelin 22-də keçirilmiş növbəti iclasında uçot dərəcəsi stabil saxlanılıb.

ABC.AZ-ın məlumatına görə, Bank uçot dərəcəsini hazırkı -0,5 % səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Qurum həmçinin depozit faizlərini -0,5%, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

Müəllif: Elmir Murad