Qızıl 4 dollardan çox bahalaşdı – Birja

10:10 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti $4,30 bahalaşaraq $1 785,50 ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə $0,02 artaraq $26,24 dollara satılıb.