Elman Rüstəmov Dünya Bankının regional direktorunu qəbul edib – Detallar

17:10 - 31.03.2021


31 mart, Fineko/abc.az. Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov arasında görüş keçirilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, görüşdə DB-nin ölkə ofisinin rəhbəri Sara Maykl da iştirak edib.

E.Rüstəmov ölkəmizin DB ilə uzunmüddətli əməkdaşlığının ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb.

O, ölkədə mövcud iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən danışıb.

S.Molineus öz növbəsində DB-nin Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib, bildirib ki, 2020-ci il həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb.