Ötən ay POS-terminalların sayı da artıb – 13 faiz

15:22 - 15.03.2021


15 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank fevral ayında ödəniş kartlarının, bankomat və post-terminaların sayı barədə statistika açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, ölkədə elektron ticarət vasitəsilə aparılan əməliyyatların sayı 2019-cu illə müqayisədə 55 faiz artaraq 68,7 milyon ədəd, həcmi isə 22 faiz artaraq 3,9 milyard manat olub.

Hesabat dövründə təmassız ödəniş infrastrukturu üzrə göstəricilərdə müsbət dinamika müşahidə olunub.

Dövriyyədə olan təmassız ödəniş kartlarının sayı 2019-cu illə müqayisədə 2,5 dəfə artaraq 3,7 milyon ədəd, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə 13 faiz artaraq 34,2 min ədəd olub.

Təmassız ödənişlərin sayı və həcmi isə 2019-cu ilin göstəricilərini müvafiq olaraq 4,3 və 5,4 dəfə üstələyib.