Kartlarla aparılan əməliyyatların həcmi artıb – 26 faiz

15:13 - 15.03.2021


15 mart, Fineko/abc.az. Bu il yanvarın 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 9,6 milyon ədəd, bankomatların sayı 2779 ədəd, POS-terminalların sayı isə 573 min 44 ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, 2020-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 28,1 milyard manata çatıb.

Bu isə 2019-cu illə müqayisədə 26 faiz artıq deməkdir.

Ödəniş kartları ilə ölkə daxilində aparılmış nağdsız hesablaşmaların həcmi də artıb. Belə ki, sözügedən hesablaşmalar 34 faiz artaraq 6,4 milyard manat olub.

Müəllif: Elmir Murad