Mərkəzi Bank valyuta ehtiyatlarını bu pullarda saxlayır – Siyahı

11:20 - 15.03.2021


15 mart, Fineko/abc.az. Valyuta ehtiyatlarının idarə olunması strategiyası və qaydalarına müvafiq olaraq Mərkəzi Bankın valyuta ehtiyatları cari fəaliyyəti təmin edən əməliyyat və yığım aləti olan investisiya tranşlarına bölünüb, hər bir tranş təyinatına uyğun idarə edilib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bilavasitə əməliyyat tranşı xarici iqtisadi fəaliyyətin dominant valyutası olan ABŞ dollarında saxlanıb.

İnvestisiya gəliri əldə etmək məqsədinə xidmət edən investisiya tranşının isə 90% ABŞ dolları, 7% avro və 3% İngiltərə funt sterlinqində saxlanılması təmin edilib.

Nəticədə, hesabat dövrünün sonuna rəsmi valyuta ehtiyatlarının 90%-ni ABŞ dolları, 5%-ni avro, 2%-ni İngiltərə funt sterlinqi təşkil edib.

Müəllif: Elmir Murad