Əhalidəki 5,4 milyard manat məbləğində pul nişanları dəyişdirilib - Ötən il

10:59 - 15.03.2021


15 mart, Fineko/abc.az. Ötən il Mərkəzi Bankda yaradılmış xidmət kassaları vasitəsilə əhalidən 5,4 milyard manat məbləğində pul nişanları dəyişdirilib.

ABC.AZ-ın məlumatına görə, eyni zamanda 2020-ci ildə Mərkəzi Bank 628 ədəd (29 523 manat) saxta pul nişanı aşkarlayaraq tədavüldən çıxarıb və hüquq mühafizə orqanlarına təqdim edib. Bu da 2019-cu illə müqayisədə 30 % azdır.

Məlumata görə, ötən il üzrə tədavüldə olan hər 425 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.