10:39 - 15.03.2021
15 mart, Fineko/abc.az. 2020-ci ildə Mərkəzi Bank dövriyyədən 12,5 milyard manat və yaxud 492 milyon ədəd pul nişanını mədaxil edib, 13,9 milyard manatlıq və yaxud 556 milyon ədəd pul nişanını isə məxaric edib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.
Məlumata görə, ümumilikdə ilin əvvəlindən tədavüldə nağd pul kütləsi 13,8 % (1,4 milyard manat və yaxud 64 milyon ədəd) artaraq hesabat dövrünün sonuna 11,8 milyard manat təşkil edib.
Hesabat dövründə dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin artırılması məqsədilə elan edilmiş “tədavüldə təmiz pul siyasəti” davam etdirilib, tədavüldən mədaxil olunmuş 8,8 milyard manat məbləğində pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq dövriyyəyə yararlı pul nişanları təkrar tədavülə buraxılıb, 2 milyard manat yararsız pul nişanlarının isə tədavüldən çıxarılması təmin edilib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026