Dollar bahalaşa bilər – Detallar

10:21 - 16.02.2021


16 fevral, Fineko/abc.az. ABŞ-da yeni hökümətin əlavə 1.9 trilyon dollarlıq korona yardım paketinin qəbul olunması və dünya ticarətinə dair proqnozların yaxşılaşması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yenidən bahalaşmasına səbəb ola bilər.

ABC.AZ-ın məlumatına görə, bununla yanaşı, GBP/USD məzənnəsi enerji birjalarında neft qiymətlərinin bahalaşması ilə dəstək görməkdədir.

Ekspertlər hesab edir ki, yaxın zamanda dollar tədricən bahalaşmağa doğru yol alacaq.

Bunun ən başlıca səbəblərindən biri ABŞ-da yeni hökumətin iqtisadi siyasətə dəyişiklik etməsidir.

Müəllif: Elmir Murad