Valyuta hərracında AMB banklara $56,1 mln. satıb

14:29 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, 11 fevral 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

“Hərracda tələb 56,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir”, - məlumatda belə deyilir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.