Avro və funt ucuzlaşa bilər – Proqnoz

11:05 - 11.02.2021


11 fevral, Fineko/abc.az. Hazırda EUR/USD və GBP/USD məzənnəsi son iki həftənin maksimum səviyyələrində ticarət edilirlər.

ABC.AZ-ın məlumatına görə, bu gün FED-in monetar siyasət toplantısı protokolun yayımlanması da investorların diqqət mərkəzindədir.

Analitiklər hesab edir ki, toplantı bir sıra məsələlərə aydınlıq gətirmiş olacaq. Toplantının dollar və avro, o cümlədən ingilis funt sterlinqinə təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Belə ki, ucuzlaşamaya meyilli olan sözügedən valyutaların daha da ucuzlaşması sürətlənə bilər.

Müəllif: Elmir Murad