15:03 - 10.02.2021
10 fevral, Fineko/abc.az. 2020-ci il ərzində Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kredit almaq məqsədilə sahibkarlıq subyektləri tərəfindən 17 müvəkkil kredit təşkilatı vasitəsi ilə ümumilikdə 1 072 müraciət daxil olub.
ABC.AZ Fonda istinadən xəbər verir ki, müraciətlərin 886-sı müsbət qiymətləndirilmiş, 186 müraciətə isə sahibkarlıq subyektinin təqdim etdiyi hüquqi sənədlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən imtina verilib.
Müraciətlərin ümumi kredit tələbatı 179.8 milyon manat, o cümlədən müsbət qiymətləndirilmiş müraciətlər üzrə 88.5 milyon manat, imtina edilmiş müraciətlər üzrə isə 91.4 milyon manat olub.
Fonda daxil olan 1 072 müraciətdə 4 660 yeni iş yeri açılması nəzərdə tutulub ki, bunun da 2 521-i (54.1%-i) məqbul sayılan layihələrin payına düşüb.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026