14:33 - 10.02.2021
10 fevral, Fineko/abc.az. Sahibkarlığın İnkişafı Fondu tərəfindən fəaliyyəti dövründə müvəkkil kredit təşkilatları (MKT) vasitəsilə investisiya layihələrinin ümumi dəyəri 5.9 milyard manatdan çox olan 38 mindən artıq sahibkara 2.6 milyard manatadək güzəştli kredit verilib.
ABC.AZ Fonda istinadən xəbər verir ki, bu kreditlər hesabına 173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Fond güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması üçün 40 kredit təşkilatı, o cümlədən 21 bank, 6 bank olmayan kredit təşkilatı və 13 kredit ittifaqı ilə əməkdaşlıq edir. Hazırda müvəkkil kredit təşkilatlarının filial şəbəkələrinin sayı 246-sı (54%) regionlarda olmaqla 457-yə çatıb.
Müəllif: Elmir Murad
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026