Real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılacaq - Yeni sənəd

17:13 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Milli bank sektorunun dayanıqlığı təmin olunacaq, ona olan etimad yüksələcək.

ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.

Sənəddə vurğulanıb ki, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılacaq və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verəcək.

Bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətiriləcək.

Müəllif: Elmir Murad